» » Ukrayna Azərbaycandan neft idxalını artırıb

Ukrayna Azərbaycandan neft idxalını artırıb


Cari ilin yanvar-may aylarında Ukraynaya xam neft və qaz kondensat idxalı ötən ilin analoji dövrünə nisbətdə pul ilə ifadədə 2,9 dəfə artıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.

Ukrayna 2017-ci ilin ilk 5 ayı ərzində 123,2 milyon dollar məbləğində xam neft və qaz kondensat alıb.

Ölkənin əsas neft tədarükçüləri Azərbaycan (83,4%) və Qazaxıstan (12,6%) olub. Tədarükün 2,4 faizi Rusiyanın payına düşüb.

scroll top