» » Neft API-nin hesabatı ilə ucuzlaşmağa başlayıb

Neft API-nin hesabatı ilə ucuzlaşmağa başlayıb

Neft API-nin hesabatı ilə ucuzlaşmağa başlayıb

ABŞ-ın neft ehtiyatları 3-9 iyun həftəsində 2,75 mln. barel artım göstərib. ucarliyiq.biz "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat Amerika Neft İnstitutunun (API) hesabatında yer alıb. Analitiklər isə neft ehtiyatlarının 2,7 mln. barel azalacağını gözləyirdilər. API-nin hesabatına görə, həftə ərzində ABŞ-ın benzin ehtiyatları 1,79 mln. barel artıb.

Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, iyunun 14-də Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 2,995 mln. barel azalacağını proqnozlaşdırırlar. Neft ehtiyatlarında azalma onun qiymətinin artmasına gətirib çıxara bilər.

ucarliyiq.biz-in analitik qrupu bildirir ki, "Brent" markalı neftin qiyməti ABŞ-da neft ehtiyatlarının artması xəbərləri ilə düşməyə başlayıb və hazırda 48 dollar/barelə yaxın qiymətə satılır. OPEC təşkilatının may ayında keçirəcəyi iclasda neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasını uzatması qərarından məmnun olmayan neft bazarı iştirakçıları indi də ABŞ-ın neft ehtiyatları və hasilatında artım xəbərləri ilə ucuzlaşmağa başlayıb. Bu səbəbdən, neft qiymətlərinin ilin sonuna qədər 45-55 dollar/barel diapazonunda dalğalanacağı ehtimal edilir.

Interesting facts scroll top