» » "Bank Respublika" bank seyflərinə 25% endirim edib

"Bank Respublika" bank seyflərinə 25% endirim edib


"Bank Respublika" ASC ilin sonunadək fərdi bank seyflərindən istifadə tariflərinə 25% endirim edib.

ucarliyiq.biz bu barədə Banka istinadən xəbər verir.

Belə ki, 75x326x420 mm ölçüdə olan bank seyfləri üzrə tarif müddətindən asılı olaraq 26-40 manat, 100x326x420 mm ölçülü seyflər üçün 34-50 manat, 200x326x420 mm - 26-45 manat, 600x326x420 mm - 75-100 manat təşkil edir.

Azərbaycanda ilk dəfə 9-cu müqavimət dərəcəsi ilə beynəlxalq sertifikatlaşdırma institutu tərəfindən sertifikatlaşdırılmış "Bank Respublika"nın depozitarisi pul vəsaitlərinin, sənədlərin və digər qiymətlilərin qorunmasını tam zəmanətlə öz üzərinə götürür.

scroll top