» » BMT baş katibi Əfqanıstanda elan edilməmiş səfərdədir

BMT baş katibi Əfqanıstanda elan edilməmiş səfərdədir


BMT-nin Baş katibi Antoniu Quterriş Əfqanıstanda elan edilməmiş səfərdədir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə baş katib "Twitter" hesabında yazıb.

"Elə indi hökumətlə danışıqlar və insanlarla söhbət üçün Kabilə çatdım. Zorakılıq və əzab-əziyyət dövründə BMT Əfqanıstanı dəstəkləyir", - A.Qutteriş bildirib.

Baş katib Ramazan ayında oruc tutan bütün dünya müsəlmanlar ilə həmrəyliyini göstərmək məqsədi ilə onlara qoşulub, hamını sülhə və mərhəmətə çağırıb.

Qeyd edək ki, BMT baş katibi ötən həftədən Mərkəzi Asiya ölkələrinə turneyə çıxıb. O, iyunun 8-dən etibarən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanda olub.

Interesting facts scroll top