» » Azərbaycanda sənaye istehsalı 5,5% azalıb

Azərbaycanda sənaye istehsalı 5,5% azalıb

Azərbaycanda sənaye istehsalı 5,5% azalıb
© Report.az

Bu ilin yanvar-may aylarında Azərbaycanın sənaye sektorunda 15,7 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% az məhsul istehsal edilib.

ucarliyiq.biz-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,9% artıb, neft sektorunda isə 7,1% azalıb.

Sənaye məhsulunun 70,2%-i mədənçıxarma sektorunda, 24,4%-i emal sektorunda, 4,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 9,2% azalıb, əmtəəlik qaz hasilatı isə ötən ilin müvafiq dövrünün səviyyəsində qalıb.

scroll top