» » Beynəlxalq Energetika Agentliyi neftlə bağlı bədbin proqnoz verib

Beynəlxalq Energetika Agentliyi neftlə bağlı bədbin proqnoz verib


OPEC üzvü olmayan ölkələr tərəfindən 2018-ci ildə neft təklifində artım neftə tələbdə artım sürətini üstələyəcək.

ucarliyiq.biz "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Energetika Agentliyinin (İEA) 2018-ci il neft bazarı barədə ilk dəfə yayınladığı proqnoz hesabatında qeyd olunub. Agentlik nəticədə OPEC-in hasilatı daha çox azaltmağa məcbur qalacağını deyib.

İEA-a görə, ABŞ, Braziliya, Kanada və digər OPEC üzvü olmayan ölkələr 2018-ci ildə neft hasilatında son 4 ilin ən sürətli artımını həyata keçirəcək.

Agentlik bildirib ki, onun yaydığı hesabat neft hasil edən ölkələr üçün bir növ xəbərdarlıq xarakteri daşıyır.

Qeyd edək ki, proqnozun açıqlanmasından sonra neftin qiyməti 1,2% ucuzlaşaraq 45,9 dollar/barelə düşüb.

scroll top