» » Proqnoz: Qızılın qiyməti 1 300 dolları ötə bilər

Proqnoz: Qızılın qiyməti 1 300 dolları ötə bilər


"ABŞ-da uçot dərəcəsinin artırılması ehtimalının yüksək olmasına baxmayaraq, tədricən artan siyasi qeyri-müəyyənlik və geosiyasi risklər qızılın bahalaşmasına dəstək verir". ucarliyiq.biz "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu, "ANZ" bankının (Australia and New Zealand Banking Group) bugünkü hesabat proqnozunda qeyd olunub.

Hesabata görə, "ANZ" qızılın qiymətinin 1 250 dolllar/unsiya səviyyəsindən yüksək qalacağını proqnozlaşdırır. Bankın analitiklərinin fikrincə, ABŞ-da siyasi vəziyyət bu il pisləşərsə, qızılın qiyməti 1 300 dollar/unsiya həddini də keçəcək.

"ANZ" bu gün və sentyabrda ABŞ-da uçot dərəcəsinin artırılması ehtimalının qızılın qiymətinə mənfi təsir etməyəcəyini bildirib. Hesabatda həmçinin qeyd olunub ki, 1970-ci ildən bu günədək 7 faiz artırma mərhələsinin yalnız birində qızılın qiyməti düşüb.

Xatırladaq ki, hazırda qlobal əmtəə bazarında qızılın qiyməti 1 270 dollar/unsiya təşkil edir.

scroll top