» » İraq və Suriya İŞİD-ə qarşı birgə hərbi əməliyyat mərkəzi yaradır

İraq və Suriya İŞİD-ə qarşı birgə hərbi əməliyyat mərkəzi yaradır

İraq və Suriya İŞİD-ə qarşı birgə hərbi əməliyyat mərkəzi yaradır
© Courtesy İmage

İraq və Suriya iki ölkə arasındakı sərhədə yaxın rayonlarda İŞİD terror qruplaşması ilə mübarizə üzrə birgə hərbi əməliyyatlar Mərkəzi yaradır.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü İraqın Müdafiə Nazirliyinin nümayəndələrinin bəyanatına istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.

Onların məlumatına görə, "Suriya ordusunun hərbi nümayəndə heyəti Bağdadda İraq Silahlı Qüvvələrinin nümayəndələri ilə iki dövlət arasında sərhədlərin təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə danışıqlar aparıb".

Qeyd olunur ki, Suriya hərbçilərinin İraqın paytaxtına gəlişi tərəflər arasında İŞİD-ə qarşı əməliyyatların əlaqələndirilməsi məqsədilə gizli əlaqələrin qurulmasından bir neçə il sonra ilk dəfə ictimaiyyətə açıqlanıb.

Bildirilir ki, "sərhədyanı rayonlarda terror qruplaşmalarına təzyiqin gücləndirilməsi üçün" hərbi əməliyyatların aparılması üzrə birgə Mərkəzin yaradılması barədə qərar qəbul edilib.

Interesting facts scroll top