» » Rusiyanın fond indeksləri sərt azalıb

Rusiyanın fond indeksləri sərt azalıb


Rusiyanın əsas fond birjasi indeksləri olan "RTS" və "MMVB" bu gün, iyunun 15-də kəskin şəkildə azalmağa başlayıb. ucarliyiq.biz xəbər verir ki, hazırda "RTS" indeksi dünənə nisbətən 2,6% azalaraq 986 bəndə, "MMVB" indeksi isə 2% azalaraq 1 800 bəndə düşüb. Qeyd edək ki, "RTS" indeksi son 6 ayın ən minimal həddinə çatıb. "MMVB" indeksi isə son 17 ayın minimal səviyyəsindədir.

Qeyd edək ki, Rusiya fond birjası indekslərinin azalmasına səbəb ABŞ Federal Ehtiyyat Sisteminin (FED) uçot dərəcəsini artırması ilə yanaşı, dünən ABŞ-da Rusiyaya qarşı yeni sanksiyaların Senatda əksər səs çoxluğu ilə təsdiqlənməsidir. ucarliyiq.biz-in analitik qrupu neft qiymətlərinin düşməsi amilini də nəzərə alaraq Rusiya maliyyə bazarlarının təzyiqlərlə üzləşəcəyini ehtimal edir. Bu, Azərbaycan manatına da mənfi təsir göstərə bilər.

scroll top