» » Yaraqlılar Somalidəki hotelə hücum çəkib, 19 nəfər ölüb

Yaraqlılar Somalidəki hotelə hücum çəkib, 19 nəfər ölüb


Somalinin paytaxtı Mogadişoda yaraqlıların hotel və restorana hücumu nəticəsində ən azı 19 nəfər ölüb. Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Yaralıların sayı və ölənlərin milliyyəti barədə məlumat yoxdur.

Əvvəl avtomobildəki bomba partlayıb, sonra silahlı şəxslər hotelə hücum çəkərək insanları girov götürüb.

Polisin məlumatına görə, beş yaraqlı öldürülüb.

scroll top