» » Dünya əhalisinin sərvəti 170 trln. dollara çatıb

Dünya əhalisinin sərvəti 170 trln. dollara çatıb

Dünya əhalisinin sərvəti 2016-cı ilin yekununda illik müqayisədə 5,3% artaraq 166.5 trln. ABŞ dollarına çatıb.

ucarliyiq.biz "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bu barədə "The Boston Consulting Group" konsaltinq şirkətinin "Global Wealth Report 2017" icmal hesabatında deyilir.

Hesabatda artımın əsas səbəbi kimi Asiya-Sakit Okean bölgəsində sərvət artımı və ABŞ-da maliyyə aktivlərinin dəyərinin artması amilləri göstərilib.

Dünya əhalisinin 1%-nin milyonçu olduğu qeyd edilir. Milyonçuların sayı 2015-ci illə müqayisədə 7% artaraq 17,9 mln. nəfərə çatıb.

Ən çox sərvət artımı Asiya-Sakit Okean (9,5%) bölgəsində qeydə alınıb.

Hesabata əsasən, qlobal sərvət həcminin 2021-ci ildə 223 trln. dollara çatması gözlənilir.

Interesting facts scroll top