» » Türkiyə Mərkəzi Bankı faizləri sabit saxlayıb

Türkiyə Mərkəzi Bankı faizləri sabit saxlayıb


Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında faizləri dəyişdirməyərək sabit saxlayıb.

Bununla da həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsi (GLP) borcvermə faizləri dəyişməyib. Qeyd edək ki, bundan əvvəlki iclasda TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağ və yuxarı hədlərini 7,25% və 9,25% səviyyəsində sabit saxlayıb, GLP-ni isə 11,75%-dən 12,25%-ə yüksəldib.

ucarliyiq.biz-in analitik qrupu TCMB iclasının nəticələrinin ölkədə dolların məzənnəsinə ciddi təsir göstərməyəcəyini bildirir. Yay aylarında dolların məzənnəsinin 3,45-3,65 TRY/USD diapazonunda dalğalanacağı proqnozlaşdırılır.

scroll top