» » Londonun çoxmərtəbəli binasında baş verən yanğının qurbanlarının sayı 17 nəfərə çatıb

Londonun çoxmərtəbəli binasında baş verən yanğının qurbanlarının sayı 17 nəfərə çatıb

Londonun çoxmərtəbəli binasında baş verən yanğının qurbanlarının sayı 17 nəfərə çatıb

London polisi çoxmərtəbəli binada baş verən yanğında 17 nəfərin öldüyünü qeyd edib. Bu barədə ucarliyiq.biz CNN-ə istinadən xəbər verir.

Eyni zamanda, polisdən bildiriblər ki, ölənlərin sayı arta bilər. Onlarla insan itkin düşmüş hesab edilir. Qeyd edilir ki, bütövlüklə ailələrin harada olması məlum deyil.

Xəstəxanalara 70-dən çox zərərçəkən yerləşdirilib.

Xilasedicilərin sözlərinə görə, binada sağ qalma ehtimalı artıq sıfıra bərabərdir.

Londonun Şimali Kensinqton bölgəsindəki "Grenfell Tower" binasında yanğın iyunun 14-nə keçən gecə başlayıb. Məlumata görə, binada 600 nəfərə yaxın insan ola bilər.

scroll top