» » ABŞ polisi Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib

ABŞ polisi Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib

ABŞ polisi Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib
© Foto: AP

Vaşinqton polisinin rəhbəri Piter Nyuzem və mer Myurel Bouzer keçirdikləri birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika paytaxtındakı qarşıdurmada iştirak etmiş mühafizəçilərinin həbsinə order verdiklərini bildiriblər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Ərdoğanın axtarışa verilən mühafizəçilərinin sayı 9 nəfərdir. Onlardan üçü türk polisinin zabiti, daha ikisi isə Kanada vətəndaşlarıdır. Polis şefi axtarışa verilənləri ABŞ-a gəlməyə və qanun qarşısında cavab verməyə çağırıb.

"Biz etirazçılara qarşı münasibətdə zorakılığı hamımız gördük. Biz buna dözməyəcəyik. Onlar (Ərdoğanın mühafizəçiləri – ucarliyiq.biz) bura – ABŞ-a gəlməli və ittihamlara cavab verməlidir" – deyə Nyuzem bildirib.

Qeyd edək ki, Ərdoğanın ABŞ-a səfəri zamanı Türkiyənin Vaşinqtondakı səfirliyinin iqamətgahı yaxınlığında etirazçılarla prezidentin mühafizəçiləri arasında qarşıdurma olub. Buna səbəb ABŞ hakimiyyətinin təhlükəsizlik tədbirlərini həyata keçirməməsi olub.

Interesting facts scroll top