» » Ərdoğan: "Mühafizəçilər məni qorumayacaqsa, onları niyə Amerikaya aparıram?"

Ərdoğan: "Mühafizəçilər məni qorumayacaqsa, onları niyə Amerikaya aparıram?"

Ərdoğan: "Mühafizəçilər məni qorumayacaqsa, onları niyə Amerikaya aparıram?"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ polisinin onun mühafizəçilərinin həbsinə dair order verməsinə sərt reaksiya verib.


ucarliyiq.bizun məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verib.


Türkiyə dövlətinin başçısı bildirib ki, ABŞ polisi Türkiyə vətəndaşlarından ikisini qanunsuz olaraq həbs edib. "Bu necə bir qanundur, bu necə bir hüquqdur? Mühafizəçilər məni qorumayacaqsa, mən nə üçün onları yanımda Amerikaya aparıram? Mən özümü Amerikanın Hansı və Corcumu ilə qoruyacağam?" – deyə prezident bildirib.

Qeyd edək ki, Vaşinqton polisinin rəhbəri Piter Nyuzem və mer Myurel Bouzer keçirdikləri birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika paytaxtındakı qarşıdurmada iştirak etmiş mühafizəçilərinin həbsinə dair order verdiklərini bildiriblər.

Ərdoğanın axtarışa verilən mühafizəçilərinin sayı 9 nəfərdir. Onlardan üçü türk polisinin zabiti, daha ikisi isə Kanada vətəndaşlarıdır.

ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırılıb və Vaşinqtonun nümayəndəsinə Ərdoğanın mühafizəçilərinin həbsinə dair orderlə bağlı etiraz bildirilib.

Interesting facts scroll top