» » Serbiya hökumətinə ilk dəfə qadın başçılıq edəcək

Serbiya hökumətinə ilk dəfə qadın başçılıq edəcək

Serbiya hökumətinə ilk dəfə qadın başçılıq edəcək
© Courtesy İmage

Serbiya prezidenti Aleksandr Vuçiç ölkənin baş naziri postuna Ana Brnabiçin namizədliyini irəli sürüb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, ilk dəfə olaraq Serbiyada hökumətə qadın başçılıq edə bilər. Hazırda Brnabiç dövlət idarəçiliyi üzrə nazir vəzifəsini tutur.

Vuçiç Brnabiçin öz ixtisasına və şəxsi keyfiyyətinə görə hökumətə rəhbərlik edə biləcəyinə və ölkənin maraqları çərçivəsində işləyəcəyinə əminliyini ifadə edib.

Brnabiçin baş nazir postuna namizədliyini Serbiya parlamenti təsdiqləməlidir.

scroll top