» » İŞİD terror qruplaşması rəhbərlərinin gizləndiyi yerlər məlum olub

İŞİD terror qruplaşması rəhbərlərinin gizləndiyi yerlər məlum olub

İŞİD terror qruplaşması rəhbərlərinin gizləndiyi yerlər məlum olub

İŞİD terror qruplaşmasının rəhbərlərinin çoxu Suriyanın Rakka şəhərindən Əl-Məyadin şəhərinə, habelə İraqın Mosul şəhərinə qaçıb.

ucarliyiq.biz "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Associated Press" ABŞ və Suriyadakı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, terrorçuların rəhbərləri əsasən İraqla sərhəddə yerləşən Deyr-ez-Zor vilayətinin Əl-Məyadin şəhərində toplaşıblar.

İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrından ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə davam edir. İraq hərbçiləri əvvəlcə şəhərin şərq hissəsini azad ediblər, fevraldan isə qərb hissəsində əməliyyata başlayıblar.

Rakka 2013-cü ildən İŞİD-in nəzarəti altındadır. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı hesab edilir.

scroll top