» » Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb

Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb

Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb
© Report.az

Azərbaycanda manatla banklararası kreditlər cari ilin aprel ayında ucuzlaşmağa davam edib. Manatla kreditlər üzrə orta faiz apreldə 1,39 faiz bəndi azalaraq cari il mayın 1-nə 11,09% təşkil edib.

ucarliyiq.biz bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Xarici valyutada verilən kreditlərdə isə orta faiz 9,45%-dən 9,74%-ə yüksəlib.

Hesabata əsasən, ən bahalı banklararası kreditlər 30-90 günlük kreditlərdir. Belə ki, bu müddətə manatla verilən kreditlər üzrə orta faiz 20,62%, xarici valyutada isə 17,19% təşkil edib.

scroll top