» » ABŞ-da mühafizəçiləri öldürüb qaçan məhbuslar tutulub

ABŞ-da mühafizəçiləri öldürüb qaçan məhbuslar tutulub

ABŞ-da mühafizəçiləri öldürüb qaçan məhbuslar tutulub
© BBC.com

ABŞ-da iki mühafizəçiyə atəş açaraq, həbsdən qaçan iki məhbus tutulub.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu haqda yerli polis idarəsi məlumat yayıb.

İnformasiyaya əsasən, Donni Rouv və Riki Dyübouz adlı iki məhbus Tennesi ştatında avtomobil qaçırdıqdan sonra tutulublar. Polis onların silahlı, təhlükəli qatil olduqları barədə xəbərdarlıq edibmiş.

Qaçan məhbuslar Corciya ştatının bir həbsxanasından başqasına köçürülərkən baş verib. Onlar 42 yaşlı Kristofer Monika və 58 yaşlı Kertis Billyunun silahını ələ keçirərək, hər ikisini güllələyiblər.

Silahlı qarətə görə məhkum olunan bu iki nəfərin hər tərəfi dəmir barmaqlılqla əhatə olunan avtobusdan qaça bilməsinin səbəbini polis hələ də müəyyənləşdirə bilməyib.

Polis hadisənin təfərrüatı barədə məlumat yaymayıb.

scroll top