» » İŞİD rəhbərliyi Suiyanın şərqinə qaçıb

İŞİD rəhbərliyi Suiyanın şərqinə qaçıb

İŞİD rəhbərliyi Suiyanın şərqinə qaçıb
© Tass.ru

Terrorçu İŞİD qruplaşmasının liderləri Suriyanın Rakka və İraqın Mosul bölgələrindən Suriyanın şərqində yerləşən Əl-Məadin şəhərinə qaçıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın rəsmi mənbələri və Suriya müxalifətinin təmsilçiləri bildirib.

İnformasiyaya əsasən, terrorçu qruplaşmanın əməliyyatlara rəhbərliyi yeni mərkəz sayılan Əl-Məadində yerləşir.

Məlumata görə, İŞİD-in başçıları ailə üzvlərini Mosul və Rakkadan bir neçə ay əvvəl bu şəhərə köçürüblər.

Qruplaşmanın lideri Əbu Bəkr əl-Bağadinin də Əl-Məadində olduğu bildirilib.

Qeyd edək ki, Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Məadin şəhəri İraqla həmsərhəddə yerləşir. Bu şəhəri İŞİD özünə yeni “paytaxt” elan edib.

scroll top