» » Rusiya Müdafiə Nazirliyi aviazərbələr nəticəsində İŞİD liderinin ölməsi ilə bağlı məlumatı yoxlayır

Rusiya Müdafiə Nazirliyi aviazərbələr nəticəsində İŞİD liderinin ölməsi ilə bağlı məlumatı yoxlayır

Rusiya Müdafiə Nazirliyi aviazərbələr nəticəsində İŞİD liderinin ölməsi ilə bağlı məlumatı yoxlayır

Rusiya Müdafiə Nazirliyi müxtəlif kanallarla Rusiya aviasiyasının zərbələri nəticəsində İŞİD lideri İbrahim Əbu Bəkr əl-Bağdadinin ölməsi ilə bağlı məlumatı yoxlayır. ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunur ki, terror qruplaşmasının rəhbərinin mayın 28-də Rakka ətrafında baş tutan görüşdə məhv edildiyi mümkündür.

Rusiya aviasiyasının zərbələri nəticəsində İŞİD-in "hərbi şura"sına daxil olan yüksək rütbəli yaraqlılar və təxminən 330 terrorçu öldürülüb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, məhv edilən terrorçular arasında Rakkanın "əmiri" Əbu əl-Hacı əl-Mısri, Rakkadan Əs-Suxneyə qədər olan əraziyə nəzarət edən İbrahim An-Nayef əl-Hac və İŞİD-in "təhlükəsizlik xidmətinin rəhbəri" Süleyman əl-Şauah olub.

scroll top