» » İsveçin pensiya fondu aparıcı neft şirkətlərindəki payını satıb

İsveçin pensiya fondu aparıcı neft şirkətlərindəki payını satıb


İsveçin "AP7" dövlət pensiya fondu Rusiyanın "Qazprom" şirkəti, ABŞ-ın "ExxonMobil", "Entergy", "Southern Corp.", "Westar" və Kanadanın "TransCanada" şirkətlərindəki səhmlərini satıb. ucarliyiq.biz "RBK"ya istinadən xəbər verir ki, buna səbəb adı çəkilən şirkətlərin Paris iqlim anlaşmasına riayət etməməsi amili olub. Fond bir daha bu şirkətlərə investisiya yatırmayacağını bildirib.

"AP7"-nin rəhbəri Riçard Qrotheym (Richard Gröttheim) qeyd edib ki, ABŞ şirkətləri iqlim normaları barədə qanuna qarşı çıxdıqları, "Qazprom" Arktikada kəşfiyyat işləri apardığı, "TransCanada" isə Şimali Amerikada nəhəng boru xətti layihələrinin tikintisini apardığı üçün səhmləri Fondun portfel siyahısından çıxarılıb.

Qeyd edək ki, 2016-cı ilin aprel ayına olan məlumata görə, İsveç pensiya fondu "Qazprom-in 0,07% səhmlərinə sahib olub.

scroll top