» » Azərbaycanda əhali gəlirlərinin 2%-ni kreditlər üzrə faizlərin ödənilməsinə xərcləyib

Azərbaycanda əhali gəlirlərinin 2%-ni kreditlər üzrə faizlərin ödənilməsinə xərcləyib


Bu ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3% artaraq 18 613,9 mln. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1 917,5 manat təşkil edib.

ucarliyiq.biz bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu dövr ərzində gəlirlərin 86,7%-i və ya 16 138,3 mln. manat manat son istehlak xərclərinə, 8,5%-i və ya 1 582, 2 mln. manat manat vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0%-i və ya 372, 3 mln. manat kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,8 %-i və ya 521, 2 mln. manatı isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 17 025,0 mln. manatlıq vəsait qalıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə əhali gəlirlərinin 2,8% və ya 490,3 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib.

scroll top