» » Kraliça II Yelizaveta terror hücumları və Londonda baş verən yanğında xəsarət alanlara dəstək olmağa dair çağırış edib

Kraliça II Yelizaveta terror hücumları və Londonda baş verən yanğında xəsarət alanlara dəstək olmağa dair çağırış edib


Böyük Britaniya kraliçası II Yelizaveta ölkədə baş verən son terror hücumlarının və Londonda "Greenfell Tower" çoxmərtəbəli binasındakı yanğında xəsarət alanlara dəstək olmağa dair çağırış edib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə monarxın Britaniya kraliçasının rəsmi ad günü kimi qeyd edilən gündə dərc edilən və əhaliyə ünvanlanan müraciətində deyilir.

Dövlət başçısı bayram günü olmasına baxmayaraq, ölkənin bədbin əhval-ruhiyyədən yayınmasının çətin olduğunu qeyd edib. "Son aylarda ölkə ardıcıl dəhşətli faciələrə şahidlik edib. Xalq olaraq bu hadisələrdə xəsarət alanlar üçün dua edirik" deyən kraliça etiraf edib ki, Mançester və Londonda terror hücumu və yanğın olan yerlərə gedərkən gördüyü mənzərə - insanların ehtiyacı olanlara yardım etmək üçün içdən çalışması onu təsirləndirib.

Qeyd edək ki, kraliçanın əsl doğum günü 21 aprel tarixidir. Bu il II Yelizavetanın artıq 91 yaşı tamam olub. Ancaq ənənəyə görə, həmin gün heç bir rəsmi tənətənə keçirilmir. Kraliçanın rəsmi doğum günü kimi adətən, iyunun ikinci həftəsinin şənbə günü qeyd olunur. Amma bu il mərasim üçüncü həftəyə keçirilib.

scroll top