» » Amerikalı general: “ABŞ-ın Əfqanıstanda hərbi kampaniyanı başa çatdırmaması tam rüsvayçılıqdır”

Amerikalı general: “ABŞ-ın Əfqanıstanda hərbi kampaniyanı başa çatdırmaması tam rüsvayçılıqdır”

Amerikalı general: “ABŞ-ın Əfqanıstanda hərbi kampaniyanı başa çatdırmaması tam rüsvayçılıqdır”

ABŞ Silahlı Qüvvələri qərargah rəisinin keçmiş müavini, general Cek Kin ölkəsinin Əfqanıstanda həyata keçirdiyi hərbi kampaniyanı “tam rüsvayçılıq” adlandırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Cek Kin bu haqda “Fox News”a müsahibəsində danışıb. General deyib: “Biz 16 ildir bu müharibədə iştirak edirik. Ancaq bu, faktdır ki, bizim üçün əlverişli olan kampaniyanı hələ də başa çatdıra bilməmişik. Bu, tamamilə rüsvayçılıqdır”.

Pentqaonun Əfqanıstandakı hərbçilərinin sayının 4 minədək artıracağını şərh edən keçmiş rəis müavini deyib: “Bu, xeyirli addım olsa da, qüvvələrin düzülüşünü ABŞ-ın xeyirinə dəyişə bilməyəcək. Pentaqon regional qarşıdurmada qələbə çalması üçün hərbçilərin sayını 10-20 minədək artırmalıdır”.

Hazırda Əfqanıstanda ABŞ-ın 8,4 min hərbçisi var.

scroll top