» » Ərzurumda keçirilən antiterror əməliyyatında 1 hərbçi şəhid olub, 3 terrorçu məhv edilib

Ərzurumda keçirilən antiterror əməliyyatında 1 hərbçi şəhid olub, 3 terrorçu məhv edilib


Türkiyənin Ərzurum əyalətinin Şenkaya rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində yaralanan bir hərbçi xəstəxanada şəhid olub.

ucarliyiq.biz "Haber7"yə istinadən xəbər verir ki, əməliyyat zamanı terrorçu PKK qruplaşmasının 3 silahlısı məhv edilib.

Ərazidə əməliyyat çərçivəsində aparılan axtarış nəticəsində bir Kalaşnikov avtomatı, bir pulemyot və snayper tüfəngi, çoxlu sayda sursat və ərzaq aşkarlanıb.

Bölgədə əməliyyat davam etdirilir.

scroll top