» » Türkiyədə 11 minə yaxın sürücü psixoloji və texniki testdən keçməli olacaq

Türkiyədə 11 minə yaxın sürücü psixoloji və texniki testdən keçməli olacaq


Türkiyədə sığorta şirkətlərinin müraciəti əsasında 10 600 sürücü psixoloji və texniki testdən keçiriləcək.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bunlar ildə 3 dəfə və ondan çox yol qəzası törədən avtomobil sahibləridir.

Sözügedən kateqoriyadan olan insanlar sığortaçıları həddindən çox xərcə saldıqları üçün onların maşın sürmək üçün psixi baxımdan normal, texniki baxımdan hazırlıqlı olub-olmadığı bir daha yoxlanılacaq. Testdən sonra problemli sürücülərə avtomobil idarə etməyə qadağa qoyulacaq, bu yolla sığorta şirkətlərinin ödənişləri qismən azaldılacaq.

Interesting facts scroll top