» » Türkiyədə azərbaycanlı tələbə qızın üstünə kimyəvi maddə sıçrayıb, onun üzü ciddi yanıb

Türkiyədə azərbaycanlı tələbə qızın üstünə kimyəvi maddə sıçrayıb, onun üzü ciddi yanıb


Türkiyənin Qaradəniz Texniki Universitetinin Stomotologiya fakültəsində kimya dərsi zamanı baş verən partlayış nəticəsində Azərbaycan vətəndaşı olan tələbə qızın üzü faciəvi şəkildə yanıb.

“Report” xəbər verir ki, bu haqda “Haber61” məlumat yayıb.

Məlumata görə, kolbanın içərisində olan yandırıcı maddə Azərbaycan vətəndaşının üzünə sıçrayıb və onun üzündə ciddi yanıqlar əmələ gəlib.

Tələbə yoldaşları onu xəstəxanaya aparıblar.

Hadisə ilə bağlı istintaq aparılır.

scroll top