» » Suriya ordusu Rəqqa əyalətində 14 şəhəri azad edib

Suriya ordusu Rəqqa əyalətində 14 şəhəri azad edib


Suriya ordusu Rəqqa əyalətində 14 şəhəri terrorçulardan azad edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Al-Masdar" məlumat yayıb.

Hökumət qoşunları terrorçuların "dayaq məntəqəsi" olan Əl-Rəqqa istiqamətində irəliləməkdə davam edirlər.

"Pələng" elit seçmə dəstələrinin rəhbərlik etdiyi suriyalılar Süfyan neft sahəsini, həmçinin Salamiyə-Rəqqa yolu boyunca bir sıra kəndləri azad ediblər.

Hökumət qoşunları Hələbə döyüş sursatı daşımağın mümkün olduğu yeganə yolun təhlükəsizliyini təmin etmək üçün qərbə tərəf irəliləyirlər.

scroll top