» » Səudiyyə Ərəbistanı hərbçiləri İranın balıqçı gəmilərini atəşə tutub, 1 nəfər ölüb

Səudiyyə Ərəbistanı hərbçiləri İranın balıqçı gəmilərini atəşə tutub, 1 nəfər ölüb

Səudiyyə Ərəbistanı hərbçiləri İranın balıqçı gəmilərini atəşə tutub, 1 nəfər ölüb
© Courtesy İmage

Səudiyyə Ərəbistanının Sahil Mühafizə Xidmətinin əməkdaşları Fars körfəzində İranın balıqçı qayıqlarına atəş açıb.

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, silahlı insident nəticəsində 1 nəfər ölüb.

Məlumata görə, iki balıqçı qayığı dalğaların yüksək olması səbəbindən yolundan çıxıb. Səudiyyə Ərəbistanı hərbçiləri gəmilərin sərhədi keçib-keçmədiyini müəyyən etməmiş onlara atəş açıblar.

İran tərəfi Səudiyyə tərəfinin hərəkətlərini yolverilməz adlandırıb. Tehran hazırda qayıqların sərhədi keçib-keçmədiklərini dəqiqləşdirir.

Interesting facts scroll top