» » ABŞ-da sərnişin gəmisi qəzaya uğrayıb, azı 18 nəfər xəsarət alıb

ABŞ-da sərnişin gəmisi qəzaya uğrayıb, azı 18 nəfər xəsarət alıb

ABŞ-da sərnişin gəmisi qəzaya uğrayıb, azı 18 nəfər xəsarət alıb
© НТВ

Amerikanın Hayennis-Port şəhərində (Massaçusets ştatı) sərnişin bərəsinin qəzaya uğraması nəticəsində azı 18 nəfər xəsarət alıb.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü şəhər yanğın idarəsinin rəhbəri Din Melanson məlumat verib.

Onun sözlərinə görə, qəza gəmi yerli limana daxil olan zaman baş verib. Bərə, hazırda məlum olmayan səbəblərdən yanalma körpüsünə çırpılıb. Nəticədə gəmi saya oturub və deşilib.

Bərədə 50-dən çox sərnişin və heyət üzvü olub. Onların hamısı uğurla təxliyyə edilib.

"Cəmi 18 nəfər yaralanıb, onlardan 15 nəfəri xəstəxanaya yerləşdirilib", - deyə Melanson bildirib.

scroll top