» » Portuqaliyada meşə yanğını qurbanlarının sayı 43 nəfərə çatıb - YENİLƏNİB

Portuqaliyada meşə yanğını qurbanlarının sayı 43 nəfərə çatıb - YENİLƏNİB

Portuqaliyada meşə yanğını qurbanlarının sayı 43 nəfərə çatıb - YENİLƏNİB

Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 43 nəfərə çatıb.

ucarliyiq.bizun məlumatına görə, bu barədə "Publico" nəşri ölkənin daxili işlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, yanğınlar zamanı 59 nəfər xəsarət alıb.


***11:14

Portuqaliyada meşə yanğını qurbanlarının sayı 39 nəfərə çatıb.

ucarliyiq.bizun məlumatına görə, bu barədə "RİA Novosti" "Publico" nəşrinə istinadən xəbər verib.

Ölkənin daxili işlər üzrə dövlət katibi Xorxe Qomes bildirib ki, yanğınlar zamanı 59 nəfər xəsarət alıb.

Qeyd edək ki, şənbə günü Portuqaliyanın bir sıra regionlarında havanın temperaturu 40 dərəcəyədək yüksəlib. Pedroqan-Qrandi bələdiyyəsi ərazisində yanğın baş verib. Alov tezliklə ətraf ərazilərə yayılıb.

Bir neçə yaşayış məntəqəsi yanğından zərər çəkib. Lakin dəymiş zərərin dəqiq miqdarı barədə məlumat yoxdur.

scroll top