» » Türkiyə Hərbi Qüvvələri 16 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Qüvvələri 16 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Qüvvələri 16 terrorçunu zərərsizləşdirib
© Foto: "Anadolu"

Türkiyə Hərbi Qüvvələri son sutka ərazində ölkə ərazisində və onun xaricində keçirdiyi antiterror əməliyyatı çərçivəsində 16 terrorçunu zərərsizləşdirib.

ucarliyiq.biz "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, məhv edilmiş terrorçular arasında Türkiyənin hakimiyyət orqanlarının axtardığı cinayətkarlar da var. Türkiyə Hərbi Hava Qüvvələrinin terrorçuların İraqın Zap bölgəsindəki mövqelərinə endirdiyi zərbələr nəticəsində PKK-nın 6 silahlısı məhv edilib. Daha 5 terrorçu Nirva Şeyt dağları ərazisində öldürülüb.

Bununla yanaşı, Ərzurumda 3, Hakkari və Diyarbəkir vilayətlərində 1 terrorçu məhv edilib. Siirtdə PKK-nın 2 terrorçusu silahı yerə qoyaraq təslim olub.

scroll top