» » Ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbəsi nəticəsində 24 dinc həlak olub

Ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbəsi nəticəsində 24 dinc həlak olub

Ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbəsi nəticəsində 24 dinc həlak olub
© Courtesy İmage

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasına məxsus Hərbi Hava Qüvvələrinin Yəmənin şimalındakı Saad vilayətinə endirdiyi hava zərbəsi nəticəsində 24 dinc sakin ölüb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "TASS" "Saba" agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə şənbə günü axşam baş verib. Zərbə krallıqla sərhəddəki Şad ərazisindəki Əl-Maşnak bazarına endirilib. Zərbə nəticəsində daha 1 nəfər xəsarət alıb.

Qeyd edək ki, Yəməndə vətəndaş qarşıdurması 2014-cü ilin avqustundan davam edir. Belə ki, artıq 3 ilə yaxındır hökumət qüvvələri ilə qiyamçı husilər arasındakı silahlı toqquşmalar səngimir.

scroll top