» » Türkiyədə 731 hərbçi qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib

Türkiyədə 731 hərbçi qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib

Türkiyədə 731 hərbçi qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib

Türkiyədə 730-dan çox hərbçi qidadan zəhərlənib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Manisada, iyunun 17-də baş verib. Ordu bölmələrindən birində yüzlərlə hərbçi nahardan sonra özlərini pis hiss etdiklərini bildiriblər.

Xəstəxanaya 731 hərbçi yerləşdirilib. Prokurorluqdan bildirilib ki, istintaq çərçivəsində 21 nəfər saxlanılıb.

Qeyd olunur ki, Manisada hərbçilərin zəhərlənməsi ilə bağlı oxşar hadisə mayın 24-də də baş verib.

scroll top