» » Malidə kurort kompleksinə silahlı hücum olub, iki nəfər öldürülüb

Malidə kurort kompleksinə silahlı hücum olub, iki nəfər öldürülüb

Malinin paytaxtı Bamakoda naməlum şəxslərin kurort kompleksinə hücumu nəticəsində iki nəfər ölüb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

"Öldürülənlərdən birinin Fransa və Qabon vətəndaşlığı olub. Biz hazırda digərinin vətəndaşlığının təsdiqi mərhələsindəyik", — deyə idarə təmsilçisi Baba Sisse bildirib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

scroll top