» » ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya təyyarəsinin vurulduğunu təsdiq edib

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya təyyarəsinin vurulduğunu təsdiq edib

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya təyyarəsinin vurulduğunu təsdiq edib
© Courtesy İmage

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qərargahı Amerika hərbi təyyarəsinin Rəqqanın qərbində Suriya qırıcısını vurduğunu təsdiq edib.

ucarliyiq.biz xəbər verir ki, "ABC News" telekanalı ABŞ Mərkəzi Komandanlığının hadisə ilə bağlı bəyanatını öz "Twitter" mikrobloqunda dərc edib.

Bəyanatda bildirilir ki, Suriya ordusuna məxsus "Su-22" qırıcısı "koalisiyanın quruda döyüşən tərəfdaşlarının müdafiəsi məqsədi ilə" vurulub. Burada söhbət Rəqqanın qərbində yerləşən Tabka şəhərində terrorçularla döyüşən "Suriya demokratik qüvvələri"ninəsgərlərindən gedir.

Koalisiyanın məlumatına görə, Bakı vaxtı ilə 19:43-də Suriya təyyarəsi Suriya müxalifətinin əsgərlərinin olduğu əraziyə bomba atmağa başlayıb və nəticədə Amerikanın "F/A-18E Super Hornet" təyyarəsi tərəfindən tərəfdaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə vurulub.

scroll top