» » AİF-in “Elektron ipoteka” sistemi ilə bağlı keçirdiyi tenderin qalibi açıqlanıb

AİF-in “Elektron ipoteka” sistemi ilə bağlı keçirdiyi tenderin qalibi açıqlanıb


“Azərbaycan İpoteka Fondu” ASC (AİF) “Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və tətbiqi ilə bağlı mal və xidmətlərin satın alınması üzrə elan etdiyi açıq tenderin qalibini açıqlayıb.

“Report” Tender Komissiyasına istinadən xəbər verir ki, tenderin qalibi “Cybernet” MMC elan edilib.

İyunun 12-də Fondla şirkət arasında müvafiq satınalma müqaviləsi bağlanılıb.

scroll top