» » “Uzbekneftegaz” Azərbaycanın şelf zonasında hasilatda iştirak etmək niyyətindədir

“Uzbekneftegaz” Azərbaycanın şelf zonasında hasilatda iştirak etmək niyyətindədir

“Uzbekneftegaz” Azərbaycanın şelf zonasında hasilatda iştirak etmək niyyətindədir

Özbəkistanın “Uzbekneftegaz” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, şelf zonasında karbohidrogenlərin hasilatında iştirak etməyi planlaşdırır.

“Report”un Özbəkistan KİV-inə istinadən verdiyi xəbərə görə, bunu “Uzbekneftegaz” şirkəti İdarə Heyətinin sədri Alişer Sultanov bildirib.

O qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanan strateji saziş “Uzbekneftegaz” üçün şelf zonasındakı layihələrə bir növ giriş bileti olacaq.

“SOCAR-la razılıq bizim mövcud yataqda tərəfdaş kimi qəbul edilməyimizi ehtiva edir. Bu, şelf zonasında işdir. Biz yaxşı anlayırıq ki, dənizə getmək o qədər də asan deyil. Heç vaxt dənizdə olmayan insanların necə işləyəcəyini demək çətindir. Buna görə də Azərbaycan tərəfi bizə işçilərin hazırlanmasına yardım edəcək. Bütün bunlar isə gələcəkdə bizə Avropa bazarına çıxmağa da yardım edəcək”, - deyə o əlavə edib.

A.Sultanov Xəzərin Türkmənistan sektorunda da şelf zonasında geoloji kəşfiyyat işlərinin və gələcəkdə hasilat əməliyyatlarının aparılması məsələsinə baxılması üçün razılıq əldə olunduğunu qeyd edib.

Qeyd edək ki, may ayında SOCAR prezidenti Rövnəq Abdullayevin Özbəkistana səfəri çərçivəsində “Uzbekneftegaz” şirkəti ilə yataqların birgə işlənməsinə dair memorandum imzalanıb.

Interesting facts scroll top