» » ABŞ-da aktiv neft quyularının sayı ardıcıl 22 həftə artır

ABŞ-da aktiv neft quyularının sayı ardıcıl 22 həftə artır


ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı iyunun 10-dan iyunun 16-dək 6 ədəd və ya 0,65% artaraq 933-yə çatıb.

ucarliyiq.biz ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 6 ədəd və yaxud 0,81% artaraq 747 ədəd, qaz quyularının sayı 1 ədəd və yaxud 0,54% artaraq 186 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə 1 ədəd və ya 100% azalaraq 0-a bərabər olub. Qeyd edək ki, aktiv neft quyuları son 22 həftədir ardıcıl olaraq artım göstərir. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 410 və yaxud 121,7%, qaz quyularının sayı isə 100 ədəd və ya 116,3%, ümumilikdə isə neft-qaz quyularının sayı 509 ədəd və yaxud 120% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,36 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,6% aşağıdır.

ucarliyiq.biz-in analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barelə yaxınlaşması ABŞ-da aktiv neft quyularının sayında artımı səngidə bilər. Bu isə öz növbəsində hasilatın sabitləşməsinə gətirib çıxaracaq".

Interesting facts scroll top