» » Türkiyədə 731 hərbçini zəhərləməkdə şübhəli bilinən 24 nəfər tutulub

Türkiyədə 731 hərbçini zəhərləməkdə şübhəli bilinən 24 nəfər tutulub


Türkiyədə yemək vasitəsilə 731 hərbçini zəhərləməkdə şübhəli bilinən 24 nəfər tutulub.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Manisa valisi Mustafa Hakan Güvençer bildirib.

Onun sözlərinə görə, zəhərlənən hərbçilərin 17-sinin müalicəsi hospitalda davam etdirilir.

Qeyd edək ki, hadisə iyunun 18-də baş verib. Bundan əvvəl mayın 23-ü, iyunun 16 və 17-də də Manisadakı hərbi hissədə hərbçilərin yeməkdən zəhərlənməsi halları qeydə alınıb.

scroll top