» » İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurub

İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurub

İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurub

İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurduğu üçün geri-Atatürk hava limanına qayıdıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda iyunun 19-da təyyarənin sərnişinləri jurnalistlərə məlumat verib.

İnformasiyaya əsasən, təyyarə “Atlas global” şirkətinə məxsusdur.

“Havaya qalxandan 15-20 dəqiqə sonra hamımız parlaq işıq gördük və ildırım təyyarəni vurdu. Bundan sonra təyyarənin idarə edilməsində problem yaşandı. Pilot İstanbula geri qaytımağı qərar aldı”, - deyə David Loladze adlı sərnişin jurnalistlərə bildirib.

Sərnişinlərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hava limanının mətbuat xidməti isə jurnalistlər bildirib ki, əlverişsiz hava şəraitinə görə İstanbul-Tbilisi reysi geçikir.

scroll top