» » Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzadıb


Avropa İttifaqı Rusiya tərəfindən anneksiyaya məruz qalmış Krıma və Sevastopola qarşı sanksiyaların müddətini daha bir il uzatmaq qərarına gəlib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə qərar bu gün Lüksemburqda Aİ-nin xarici işlər nazirləri səviyyəsindəki iclasında qəbul edilib.

Bununla da Krım və Sevastopola qarşı tətbiq olunan sanksiyalar 2018-ci il iyunun 23-dək qüvvədə qalacaq.

Xatırladaq ki, sanksiyalar Aİ tərəfindən 14 iyun 2014-cü il tarixində tətbiq edilib və buraya Krım və Sevastopolda istehsal olunmuş məhsulların idxalı, Krım və Sevastopola investisiya yatırılmasına, Krım və Sevastopoldakı şirkətlərə müəyyən mallar və texnologiyalar ixracına, turizm xidmətlərinə, o cümlədən fövqəladə vəziyyətlər istisna olmaqla kruiz gəmilərinin Krım limanına daxil olmasına qadağa daxildir.

Interesting facts scroll top