» » Azərbaycanın magistral kəmərləri ilə bu il 17 mln. ton neft nəql olunub

Azərbaycanın magistral kəmərləri ilə bu il 17 mln. ton neft nəql olunub

Azərbaycanın magistral kəmərləri ilə bu il 17 mln. ton neft nəql olunub

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 17 478,8 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 78,3%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Belə ki, cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 13 684,5 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 2 685,5 min ton tranzit nefti də nəql edilib.

scroll top