» » "Total" şirkətinin rəhbərinin ölümü ilə bağlı işə xüsusi qaydada baxılacaq

"Total" şirkətinin rəhbərinin ölümü ilə bağlı işə xüsusi qaydada baxılacaq

"Total" şirkətinin rəhbərinin ölümü ilə bağlı işə xüsusi qaydada baxılacaq

Moskvanın Solntsevski məhkəməsi "Total" şirkətinin rəhbəri Kristof de Marjerinin ölümündə şübhəli bilinən qartəmizləyən maşının sürücüsünün işini xüsusi qaydada nəzərdən keçirmək qərarına gəlib.

ucarliyiq.biz "RİA Novosti"yə istinadən xəbər verir ki, xüsusi qayda dedikdə müttəhimin təqsirini etiraf etməsi və bunun qarşılığında ona veriləcək cəzanın yüngülləşdirilməsi nəzərdə tutulur.

İş üzrə dinləmələr iyunun 30-də keçiriləcək.

İstintaqın versiyasına görə, Vladimir Martınenkonun içkili vəziyyətdə idarə etdiyi qartəmizləyən maşın bütün qaydaları pozaraq uçuş-enmə zolağına çıxıb və baş növbə mühəndisi Vladimir Ledenev buna nəzarət etməyib. Nəticədə toqquşma olub. Martınenko və Ledenev təqsirli olduqlarını etiraf edirlər, iş üzrə adı hallanan digər şəxslər isə günahsız olduqlarını iddia edirlər.

Xatırladaq ki, 2014-cü il oktybarın 21-nə keçən gecə Vnukovo hava limanında "Unijet" aviaşirkətinə məxsus "Falcon 50EX" yüngül motorlu təyyarə uçuşa hazırlaşarkən qartəmizləyən maşınla toqquşub. Qəza nəticəsində 4 nəfər - Fransanın "Total" enerji konserninin prezidenti Kristof de Marjeri və üç ekipaj üzvü həlak olub.

scroll top