» » “Azər-Türk Bank”a yeni sədr təyin edilib

“Azər-Türk Bank”a yeni sədr təyin edilib


Bu gün “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

“Report”un məlumatına görə, yığıncaqda Bankın İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

Bu vəzifə indiyə qədər sədrin səlahiyyətlərini müvəqqəti icra edən Orxan Hüseynova həvalə olunub.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

scroll top