» » "BRICS" ölkələri 10 mlrd. dollarlıq istiqraz fondu yaradır

"BRICS" ölkələri 10 mlrd. dollarlıq istiqraz fondu yaradır


"BRICS" ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) maliyyə nazirləri 10 mlrd. ABŞ dolları həcmində dövlət istiqraz fondunun yaradılması barədə razılığa gəliblər. ucarliyiq.biz "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov "BRICS " ölkələri maliyyə nazirləri və mərkəzi bankların rəhbərlərinin Şanxay görüşünün nəticələri haqqında açıqlama verərkən bildirib.

Nazir qeyd edib ki, Rusiyanın Fondda payı 18% təşkil edəcək. Fondun "BRICS" ölkələrinin iqtiqraz bazarlarını dəstəkləmək üçün yaradıldığı bildirilir. A.Siluanov həmçinin qeyd edib ki, Fond daha çox borc bazarı zəif olan ölkələr üçün sığorta mexanizmi rolunu oynayacaq: "Fonddakı vəsaitlər istiqraz emissiyalarına zəmanət verməyə və onlara inam yaratmağa çalışacaq".

Interesting facts scroll top