» » Nigeriyada terror aktı nəticəsində 12 nəfər ölüb, 11 sakin yaralanıb

Nigeriyada terror aktı nəticəsində 12 nəfər ölüb, 11 sakin yaralanıb

Nigeriyada terror aktı nəticəsində 12 nəfər ölüb, 11 sakin yaralanıb

Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında terrorçu-kamikadzelərin silsilə hücumları nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ştatın polis idarəsinin nümayəndəsi Viktor İsuku məlumat verib.

Hücumda 5 terrorçu-kamikadze iştirak edib.

“Birinci qadın terrorçu-kamikadze özünü məscidin yaxınlığında partlatması nəticəsində 7 nəfər ölüb, İkincisi isə özünü evdə partladıb. 5 nəfər bu hadisənin qurbanı olub. 3 terrorçunun isə meyiti aşkarlanıb”, - V.İsuku vurğulayıb.

scroll top