» » Rusiya Suriya üzərində uçuşlarla bağlı ABŞ ilə memorandumu dayandırıb

Rusiya Suriya üzərində uçuşlarla bağlı ABŞ ilə memorandumu dayandırıb

Rusiya Suriya üzərində uçuşlarla bağlı ABŞ ilə memorandumu dayandırıb

Rusiya iyunun 19-dan etibarən Suriya səmasında insidentlərin qarşısının alınması haqqında memorandum çərçivəsində ABŞ ilə əməkdaşlığı dayandırıb.

ucarliyiq.biz "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bundan əvvəl ABŞ-ın başçılıq etdiyi koalisiyanın aviasiyasının Rakka əyalətində Suriyanın "Su-22" təyyarəsi SDQ mövqeləri yaxınlığına bomba atdıqdan sonra vurduğu barədə məlumat verilib. Rəsmi Dəməşq isə Suriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin İŞİD-ə qarşı döyüş tapşırığı yerinə yetirdiyini bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ arasında Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və aviasiyanın uçuşlarının təhlükəsizliyinin təmin edilməsi haqqında memorandum 2015-ci il oktyabrın 20-də imzalanıb.

Sənəd Suriya Ərəb Respublikasının hava məkanında bütün təyyarə və pilotsuz uçan aparatların fəaliyyətini tənzimləyir və uçuşların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

Interesting facts scroll top