» » Türkiyədə terrorçularla qarşıdurmada 1 hərbçi şəhid olub, 2-si yaralanıb

Türkiyədə terrorçularla qarşıdurmada 1 hərbçi şəhid olub, 2-si yaralanıb


Türkiyənin Diyarbakır əyalətinin Lice rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında qarşıdurma baş verib.

ucarliyiq.bizun "Hurriyet"ə istinadən verdiyi məlumata görə, nəticədə üç hərbçi yaralanıb. Onlar Selahattin Eyyubi Dövlət Xəstəxanasına çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri mayın 28-dən Diyarbakır əyalətinin 6 rayonunda, 104 kənd dairəsində “Bayrak-54” adlı əməliyyat keçirir. Əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin 7 742 əməkdaşı iştirak edir.

scroll top